Rusiya FHN göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışını davam etdirəcək

Rusiya FHN göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışını davam etdirəcək
# 30 yanvar 2018 01:41 (UTC +04:00)

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları davam etdiriləcək.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsindən bildiriblər.

“İdarə rəhbərliyi axtarışları davam etdirmək qərarına gəlib. Bu gün axtarışlara iki təyyarə cəlb ediləcək”, deyə FHN rəsmisi bildirib. Onun sözlərinə görə, axtarışlar azı iki gün davam edəcək.

Bundan əvvəl yerli xilasedici mərkəzin nümayəndəsi gəminin axtarışlarının dayandırıldığını bildirmişdi.

Qeyd edək ki, "Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR