Rusiya Moldova və Estoniya diplomatlarını ölkədən çıxarır

Rusiya Moldova və Estoniya diplomatlarını ölkədən çıxarır
# 31 may 2017 17:06 (UTC +04:00)

Rusiya beş Moldova və iki Estoniya diplomatını ölkədən çıxarır.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Moldova səfirliyinin 5 əməkdaşı 3 gün, Estoniyanın Peterburqdakı baş konsulu və Estoniya Baş Konsulluğunun Pskovdakı dəftərxanasının rəhbəri 5 gün ərzində Rusiyanı tərk etməlidir. Bu addımın rusiyalı diplomatların Moldova və Estoniyadan çıxarılmasına cavab olaraq atıldığı açıqlanıb.

Rusiyanın qərarına münasibət bildirən Moldova prezidenti İqor Dodon iki ölkə münasibətlərinin son 25 il ərzində bu qədər pis olmadığını bildirib.

İ. Dodon hesab edir ki, buna səbəb Moldova hökumətinin və parlament çoxluğunun öz xalqının maraqlarından deyil, Qərb kuratorlarının geopolitik maraqlarından çıxış edərək qərar qəbul etməsi olub. Moldova prezidenti ümid edir ki, Rusiya bundan sonra iqtisadi və sosial xarakterli cavab addımları atmayacaq.

Qeyd edək ki, Rusiyanın Moldovadakı səfirliyi dünən 5 rusiyalı diplomatın "persona non-qrata" elan edilməsi barədə məlumat alıb. Moldova baş naziri Pavel Filipp xüsusi xidmət orqanlarından daxil olmuş informasiya əsasında belə bir qərar qəbul edildiyini söyləyib. Rəsmi Moskva bunu Moldovada bir siyasi qüvvənin ölkə prezidentinin kursuna zidd təxribatı kimi dəyərləndirib və bu addıma adekvat cavab veriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR