Rusiya Ukrayna mallarına rüsum tətbiq edəcək

Rusiya Ukrayna mallarına rüsum tətbiq edəcək
# 30 iyul 2014 14:42 (UTC +04:00)

Bakı. APA-Economics. Rusiya İqtisadiyyat və İnkişaf Nazirliyi Ukraynadan idxal olunan mallara rüsum tətbiqini nəzərdə tutan qərar layihəsini hazırlayıb.

APA-Economics”in “RBK” saytına istinadən verdiyi məlumata görə, “qara siyahı”ya ət məhsulları, meyvə və tərəvəz, habelə əksər məişət malları düşüb.

Sənəd əlverişli şəraitin yaradılması rejiminin tətbiqini nəzərdə tutur. Bu rejim Gömrük İttifaqı ölkələrinin əlavə ticarət razılaşmaları olmayan tərəfdaşları ilə mövcuddur. Belə bir rejim Avropa Birliyi (AB) ilə Rusiya arasında var. Müvafiq saziş malların tədarükündə ortaölçülü tarifləri nəzərdə tutur - 7,8%.

Hazırda Ukrayna Gömrük İttifaqı ölkələri ilə azad ticarət zonasına daxildir və Rusiyaya ağ şəkərdən başqa bütün malları rüsumsuz idxal edə bilər.

Moskva bəyan edib ki, AB ilə assosiasiya müqaviləsini imzalayan ölkələr – Ukrayna, Moldova və Gürcüstandan idxal olunan mallara rüsum tətbiq edəcək.

Lakin bu təklifin riskləri mövcuddur. Belə ki, idxalçılar rüsumun ödənilməsinə dair tələbi nəzərə almaqla, tədarükü üçüncü ölkələr vasitəsilə həyata keçirə bilərlər. “Belarus və Qazaxıstan analoji addımlar atmazsa, Gömrük İttifaqı çərçivəsində tədarükə əlavə nəzarət məsələsi ortaya çıxacaq. Hərçənd bu da həlli olan problemdir”, - deyə MDB və ŞƏT ölkələrinin iqtisadi inteqrasiya məsələlərinə dair sənaye-ticarət palatası komitəsinin sədri Vladimir Salamatov bildirib.

Qeyd edək ki, iyulun 18-də Ukraynanın baş naziri Arseni Yatsenyuk vətəndaşları Rusiya ilə ticarətin tam məhdudlaşdırılmasına hazır olmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR