Rusiya vətəndaşlarının 80 faizi paytaxtın Moskvadan köçürülməsinin əleyhinədir

Rusiya vətəndaşlarının 80 faizi paytaxtın Moskvadan köçürülməsinin əleyhinədir
# 11 sentyabr 2015 08:46 (UTC +04:00)

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu, əhali arasında keçirilən sorğunun nəticələri açıqlandıqdan sonra məlum olub.

Rəyi soruşulanların yalnız 5 faizi paytaxtın digər şəhərə köçürülməsi fikrini dəstəkləyiblər, 7 faiz bu ideyanın əleyhinə olmayıb, 9 faiz isə cavab verməkdə çətinlik çəkib. Sorğuda iştirak edənlərin 80 faizi paytaxtın Moskvada qalmasını istədiklərini bildiriblər.

Həmçinin məlum olub ki, rusiyalıların 13 faizi övladlarının Moskvada, 12 faizi isə ölkə sərhədlərindən kənarda yaşamalarını istəyir.

Qeyd edək ki, paytaxtın dəyişdirilməsi ideyasını Moskva və Sankt-Peterburq sakinləri, Rusiya Kommunist Partiyasının elektoratı, eləcə də parlamentdə təmsil olunmayan partiyaların tərəfdarları dəstəkləyirlər. Bir müddət öncə rusiyalı siyasətçilər paytaxtın Sibirə köçürülməsinin vacibliyini vurğulayıblar. Onların fikrincə, bu, regionun iqtisadi inkişafına təkan verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR