Rusiya XİN: “Avropa İttifaqının yeni sanksiyalarına adekvat cavab veriləcək”

Rusiya XİN: “Avropa İttifaqının yeni sanksiyalarına adekvat cavab veriləcək”
# 06 sentyabr 2014 11:14 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya Avropa İttifaqının yeni sanksiyalarına adekvat cavab verəcək.

APA - nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Naziriliyinin bəyanatında deyilir.

“Yeni sanksiyalar tətbiq olunsa, buna lazımi cavab veriləcək”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. Sanksiyaların sentyabrın 8-dən qüvvəyə minəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR