Rusiya XİN: "Normandiya dördlüyü" formatında görüşün keçirilməsi üzərində iş gedir

Rusiya XİN: "Normandiya dördlüyü" formatında görüşün keçirilməsi üzərində iş gedir
# 15 fevral 2018 13:38 (UTC +04:00)

"Ukrayna münaqişəsinin həlli ilə bağlı "Normandiya dördlüyü" formatında görüşün keçirilməsi üzərində iş gedir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Sergey Lavrovun Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirəcəyi görüşlər barədə danışan. M. Zaxarova rusiyalı nazirin ATƏT sədri, Yaponiya, İspaniya, Misir, Ukrayna, Almaniya və digər ölkələrin xarici işlər nazirləri ilə bir araya gələcəyini bildirib: "Hələlik "Normandiya dördlüyü" formatında görüşün keçirilməsi üzərində iş gedir. Sergey Lavrovun konfrans çərçivəsində keçirəcəyi digər görüşlər barədə əlavə məlumat verəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR