Rusiya XİN: Suriya hava məkanının qapadılmasına imkan verməyəcəyik

Rusiya XİN: Suriya hava məkanının qapadılmasına imkan verməyəcəyik
# 17 iyun 2013 15:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Suriyada hava məkanının qapadılmasına icazə verməyəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleeksandr Lukaçeviç bu gün keçirdiyi brifinqdə deyib. O, Suriyada hava məkanın qapadılmasına və ya humanitar yardım dəhlizinin açılmasına gərək olmadığını və rəsmi Moskvanın buna imkan verməyəcəyini söyləyib: “Rusiya Federasiyası buna ehtiyac olduğunu düşünmür. Bu cür addımların əks reaksiyalara səbəb olacağından narahatıq. Liviyada hava məkanının qapadılmasının necə alındığını və nələrin baş verdiyini yaxşı bilirik. Belə bir ssenarinin həyata keçirilməsinə icazə verməyəcəyik”.

Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursi Bəşər Əsəd rejimi ilə diplomatik əlaqələri kəsib və ölkəsinin Suriyadakı səfirliyini bağlayıb. O, “Hizbullah”ın da Suriya torpaqlarını tərk etməsini istəyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR