Rusiyada «Mi-8» vertolyotu qəzaya uğrayıb

Rusiyada «Mi-8» vertolyotu qəzaya uğrayıb
# 16 mart 2013 09:07 (UTC +04:00)

Bakı – APA. Bu gün Çeçenistanda (Rusiya) «Mi-8» vertolyotunun qəzaya uğraması nəticəsində ekipajın 3 üzvü həlak olub, daha bir nəfər isə ağır xəsarətlər alıb.

APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi strukturlardan birinə məxsus olan vertolyot Xanqala aerodromunda enişə gedən zaman qəzaya uğrayıb. Belə ki, hava şəraiti ilə əlaqədar görüntünün pis olması səbəbindən yerə dəyən vertolyot sonradan alışıb və tamamilə yanıb. Nəticədə, ekipajın üç üzvü həlak olub, daha bir nəfər isə ağır xəsarətlərlə hospitala yerləşdirilib.

Sonradan məlum olub ki, Federal Təhlükəsizlik Xidmətinin Cənubi Qafqaz sərhəd idarəsinə məxsus olan vertolyot Stavropoldan Qroznıya uçurdu.

Hazırda ekspertlər və müstəntiqlər qrupu hadisə yerində araşdırma aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR