Rusiyada biznesmen və azyaşlı oğlu qətlə yetirilib

Rusiyada biznesmen və azyaşlı oğlu qətlə yetirilib
# 17 yanvar 2018 12:07 (UTC +04:00)

Rusiyanın Orenburq vilayətində biznesmen və oğlu öldürülüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, cinayəti törətmiş şəxslər izi itirmək üçün cəsədlərin olduğu avtomobili yandırıblar.

35 yaşlı biznesmen və 7 yaşlı oğlunun cəsədləri yaşayış binalarından birinin önündə yanmış “Toyota Land Crusier 200” markalı avtomobilin salonundan tapılıb.

Cəsədləri hadisə yerinə çağırılan yanğınsöndürənlər aşkar ediblər.

Hazırda faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Orenburq vilayət üzrə idarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR