Rusiyada ev yanıb, 4 nəfər azyaşlı uşaq ölüb

Rusiyada ev yanıb, 4 nəfər azyaşlı uşaq ölüb
# 22 avqust 2013 04:39 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Altay vilayətində şəxsi evin yanması nəticəsində 4 nəfər azyaşlı uşaq ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə vilayət Daxili İşlər Baş İdarəsinin yaydığı xəbərdə bildirilir.

Hadisə nəticəsində daha bir uşaq və anası yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, ana ilə uşağı qonşudakı çoxmərtəbəli binadan yanğını görən şəxs xilas edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR