Rusiyada minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Rusiyada minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb
# 17 dekabr 2016 02:54 (UTC +04:00)

Rusiyanın Pskov vilayətində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Sankt-Peterburq-Nevel avtomagistralının 433-cü kilometrliyində qeydə alınıb.

“Mazda” markalı minik avtomobilinin “Renault” markalı yük maşını ilə toqquşması nəticəsində 5 nəfər hadisə yerində ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb minik avtomobilinin yük maşınının hərəkət etdiyi qarşı zolağa çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR