Rusiyada mühərriki dayanan təyyarə təcili eniş edib

Rusiyada mühərriki dayanan təyyarə təcili eniş edib
# 15 fevral 2018 04:47 (UTC +04:00)

Rusiyada Blaqoveşensk-Yakutsk marşrutu üzrə uçan “Yakutsk” aviaşirkətinə məxsus “An 24” təyyarəsi hava limanına geri dönərək təcili eniş edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, təcili eniş mühərriklərdən birinin sıradan çıxması səbəbindən baş verib.

İnsident nəticəsində zərərçəkən yoxdur. Aviaşirkət təcili eniş etmiş təyyarənin sərnişinlərini aparmaq üçün yeni layner göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR