Separatçıların Malayziyaya təhvil verdiyi “qara qutular”da müdaxilə faktları aşkarlanmayıb

Separatçıların Malayziyaya təhvil verdiyi “qara qutular”da müdaxilə faktları aşkarlanmayıb
# 22 iyul 2014 07:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Donetsk separatçılarının Malayziyaya təhvil verdiyi “qara qutular”da müdaxilə faktları aşkarlanmayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Malayziya Milli Təhlükəsizlik Şurasının üzvü Mohd Sakri deyib.


M. Sakri qeyd edib ki, “qara qutular”da bəzi zədə izləri var, lakin vizual olaraq xarici müdaxilə faktlarına rast gəlinməyib.


Qeyd edək ki, ötən gün Donetsk separatçılarının lideri Aleksandr Boroda “qara qutu”ları yalnız Malayziya tərəfinə təhvil verəcəyini bildirib. Ukrayna tərəfi isə separatçıların “qara qutular”a müdaxilə etdiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR