Bakı-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Braximiyə bildirib ki, Suriya münaqişənin diplomatik yolla həllinin alternativi yoxdur və münaqişənin güc yolu ilə həllinə cəhdlər problemi daha da dərinləşdirə bilər. APA-nın məlumatına görə, tərəflər arasında baş tutan telefon danışığında Lavrov qeyd edib ki, Suriyaya hərbi müdaxilə ölkədə və regionda qeyri-stabilliyi dərinləşdirəcək. Tərəflər bu həlledici anda bütün tərəflərin, o cümlədən “xarici oyunçuların” son dərəcə məsuliyyətli hərəkət etməsi, keçmişin səhvlərini təkrarlamaması barədə razılığa gəliblər.