Sergey Lavrov: "Əminik ki, Karlovun qətli Moskva və Ankara arasında münasibətlərin pozulmasına yönəlib"

Sergey Lavrov: "Əminik ki, Karlovun qətli Moskva və Ankara arasında münasibətlərin pozulmasına yönəlib"
# 19 dekabr 2016 23:28 (UTC +04:00)

"Rusiyanın Türkiyədəki səfirini qətlə yetirilməsinə əsas məqsəd Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı effektli mübarizəsinə yol verməməkdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Əminik ki, bu vəhşi aktı törədənlərin əsas məqsədi Moskva və Ankara arasındakı münasibətlərin normallaşması prosesini pozmaq və Suriyada terrorçuluğa qarşı effektli mübarizəsinə yol verməməkdən ibarətdir. Bu məqsədə çatılmayacaq",deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR