SSRİ-nin sabiq prezidenti ölümü ilə bağlı yayılmış xəbəri təkzib edib

SSRİ-nin sabiq prezidenti ölümü ilə bağlı yayılmış xəbəri təkzib edib
# 08 avqust 2013 03:44 (UTC +04:00)

Bakı-APA. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov ölümü ilə bağlı internetdə yayılmış xəbərləri təkzib edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qorbaçov qeyd edib ki, bu cür xəbərlər bundan öncə də yayılıb.

“Mən sağ-salamatam. Necə deyərlər, bəsdir Qorbaçovu əzdiniz”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “RİA Novosti” mətbuat mərkəzinin və “RİA Novosti Deutsch”un “Twitter” səhifəsində M.Qorbaçovun Yekaterinburqda “Şoko” kafesində Yevgeni Royzmanla görüş zamanı öldüyü haqda məlumatlar yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR