Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilir

Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilir
# 12 sentyabr 2014 11:36 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilir.

APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Düşənbədə keçirilən sammitdə Rusiya Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran, Monqolustan və Əfqanıstan prezidentləri, habelə Hindistanın xarici işlər naziri iştirak edir.

Türkmənistan prezidenti isə toplantıya fəxri qonaq qismində qatılıb.

Sammitdə iqtisadi əməkdaşlıq, təhlükəsizlik, terrorizmlə mübarizə və digər məsələlərin müzakirə ediləcəyi və yekun memorandumunun imzalanacağı gözlənilir.

Həmçinin toplantıda Hindistan, İran və Pakistanın təşkilatın daimi üzvlüyünə qəbulu məsələsi müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR