Ukrayna güc strukturlarının 1 sutka ərzində verdiyi itkilər açıqlanıb

Ukrayna güc strukturlarının 1 sutka ərzində verdiyi itkilər açıqlanıb
# 11 iyul 2014 15:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov özünün “Facebook” səhifəsində Ukrayna qüvvələrinin çox böyük miqdarda canlı qüvvə itirdiyi haqda informasiyaları təkzib edib:

“Kütləvi informasiya vasitələrində həddən artıq böyük miqdarda itkilər barədə məlumatlar yayılır. Rəsmi şəkildə deyirəm ki, ötən sutka ərazində antiterror əməliyyatının aktiv fazasının davam etdiyi rayonlarda Ukrayna Silahlı Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinin 23 hərbi qulluqçusu həlak olub, 93 hərbçi və sərhədçi müxtəlif dərəcəli yaralar və kontuziya alıb. Bütün yaralılara tibbi yardım göstərilib”.

Xatırladaq ki, iyulun 11-də səhər tezdən Luqansk vilayətinin Zelyonopolye kəndi ərazisində terrorçuların “Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində bəzi məlumatlara görə 30, digər mənbələrə görə isə 50 Ukrayna hərbçisinin həlak olduğu barədə xəbərlər yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR