Ukrayna komandanlığı: Debaltsevoda azı 90 hərbçi əsir düşüb, 82 hərbçidən xəbər yoxdur

Ukrayna komandanlığı: Debaltsevoda azı 90 hərbçi əsir düşüb, 82 hərbçidən xəbər yoxdur
# 19 fevral 2015 13:30 (UTC +04:00)

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Debaltsevo platsdarmı cəbhələrinin birində düşmən qüvvələri ilə qeyri-bərabər döyüşdə Ukrayna Silahlı Qüvvələrinin 90-dan çox hərbi qulluqçusu əsir düşüb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə 82 hərbçinin itkin düşdüyünü və onların aqibətinin müəyyənləşdirilməsi üçün ATƏT-in müşahidə missiyasına və digər qurumlara müraciət edildiyini açıqlayıb. Baş Qərargah eyni zamanda Debaltsevoda onlarla silahlı separatçının yaxalandığını və onların hazırda istintaqa ifadə verdiklərini bəyan edib.

Donetsk separatçılarının liderlərindən olan Denis Puşilin əsirləri "hamını hamıya" prinsipi ilə dəyişdirməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, Minsk sazişinə əsasən tərəflər bütün əsirləri qarşılıqlı şəkildə azad etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR