Ukrayna XİN: Ukrayna xaricdəki diplomatik nümayəndəliklərində işçilərin sayını azaldır

Ukrayna XİN: Ukrayna xaricdəki diplomatik nümayəndəliklərində işçilərin sayını azaldır
# 03 sentyabr 2014 11:24 (UTC +04:00)

Bunu Ukraynanın xarici ölkələrdəki səfirliklərinin bağlanması və azaldılması ilə bağlı APA-nın sualına cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.

Ukrayna xarici siyasət idarəsindən onu da qeyd ediblər ki, rəsmi Kiyev xarici siyasətin aktual prioritetlərinin gerçəkləşməsinin vacibliyini nəzərə alaraq, xaricdəki diplomatik nümayəndəliklərinin işinin optimallaşdırılması məsələsini nəzərdən keçirir: “Bu proses xarici tərəfdaşlarla əlaqələr potensialını qoruyub saxlamaq şərti ilə diplomatik nümayəndəliklərin prioritet istiqamətlərdə işinin gücləndirilməsi ilə nəticələnməlidir. Bu optimallaşma xaricdəki diplomatik nümayəndəliklərin işçilərinin sayının azalmasına gətirsə də, Ukraynanın xarici ölkələrlə ikitərəfli münasibətlərinin səviyyəsinin aşağı düşməsinə yönəlməyib və buna səbəb olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR