Ukraynada baş vermiş təyyarə qəzasında ölənlərin cəsədlərini daşıyan daha iki təyyarə Xarkovdan Amsterdama yola düşüb

Ukraynada baş vermiş təyyarə qəzasında ölənlərin cəsədlərini daşıyan daha iki təyyarə Xarkovdan Amsterdama yola düşüb
# 25 iyul 2014 16:51 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukraynada baş vermiş qəzada ölənlərin cəsədlərini və qalıqlarını daşıyan daha iki təyyarə Xarkovdan Amsterdama yola düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Xarkov vilayət administrasiyası iki təyyarədə cəmi 74 cəsəd və qalığın olduğunu bildirib. Ötən gün göndərilən 60 cəsəd də daxil olmaqla, indiyə kimi 134 cəsəd və qalığı xüsusi soyuducu tabutlarda Niderlanda göndərmək mümkün olub. Məlumata görə, cəsədlərin tanınması bir neçə gün və hətta bir neçə ay çəkə bilər. Niderlandda araşdırmaya 200-ə yaxın ekspertin cəlb olunacağı bildirilib.

Qeyd olunur ki, təyyarələri yola salarkən təşkil olunmuş vida mərasimində Avstraliyanın xarici işlər naziri Culiya Bişop, onun niderlandlı həmkarı Frans Timmermans, Xarkov vilayət administrasiyasının rəhbəri İqor Baluqa və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Bolkov iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR