Ukraynada itkin düşən rusiyalı jurnalistin öldüyü təsdiqlənib

Ukraynada itkin düşən rusiyalı jurnalistin öldüyü təsdiqlənib
# 03 sentyabr 2014 07:58 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukraynanın şərqində itkin düşən rusiyalı fotomüxbirin cəsədi tapılıb. APA-nın “Russia Today” nəşrinə istinadən verdiyi xəbərə görə, bir ay əvvəl itkin düşən “RİA Novosti”nin əməkdaşı, fotoreportyor Andrey Steninin meyiti aşkarlanıb. “RİA Novosti”nin baş direktoru Dimitri Kiselyov faktı təsdiqləyib: “Avtomobil Donetsk yaxınlığında atəşə tutulub və daha sonra yandırılıb. Ekspertizanın nəticələrini əldə etdik. Bizim 33 yaşlı peşəkar əməkdaşımız həmin avtomobildə olub”.

Xatırladaq ki, avqustun 5-də itkin düşən A. Stenin “Reuters”, “Associated Press”, “RİA Novosti”, “İTAR-TASS”, “AFP” kimi bir sıra beynəlxalq agentliklərlə əməkdaşlıq edərək Ukraynanın şərqində baş verən hadisələri işıqlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR