Ukraynada Rusiyanın 15 telekanalının yayımına qadağa qoyulub

Ukraynada Rusiyanın 15 telekanalının yayımına qadağa qoyulub
# 10 sentyabr 2014 00:48 (UTC +04:00)

Bakı-APA. Ukrayna Milli Teleradio Şurası Rusiyanın 15 telekanalının ölkə ərazisində yayımına qadağa qoyub. APA-nın “Espreso.TV”-yə istinadən verdiyi xəbərə görə, qadağa aşağıdakı telekanallara tətbiq edilib: «Perviy kanal. Vsemirnaya set», «RTR-Planeta», «NTV Mir», «Rossiya 24», TVCI, «Rossiya 1», NTV, TNT, «Peterburq 5», «Zvezda», REN TV, RBK TV, LifeNews, Russia Today və «İstoriya».

Bundan əvvəl Ukrayna Milli Teleradio Şurası Rusiya xüsusi xidmət orqanlarının və xüsusi təyinatlılarının fəaliyyətinə həsr olunmuş film və seriallara qadağa qoyacağını elan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR