Ukraynada separatçılarla əməkdaşlıqda şübhəli bilinən dörd nəfər həbs edilib

Ukraynada separatçılarla əməkdaşlıqda şübhəli bilinən dörd nəfər həbs edilib
# 05 fevral 2015 12:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Donetsk Xalq Respublikası” ilə əlaqədə şübhəli bilinən dörd Ukrayna vətəndaşını saxlayıb.

APA-nın məlumatına görə, bu barədə UTX-nin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, saxlanılanlardan üç nəfəri Ukrayna ordusunun mövqelərini separatçılara ötürən informator və nişançılardır. Onlardan “Moydodır” ləqəbli bir nəfər Volnovaxa yaxınlığında saxlanılıb. Bu şəxsin 1966-cı il təvəllüdlü yerli sakin olduğu deyilir.

“Moydodır” topladığı məlumatları cinayətkar qruplaşmalardan birinin rəhbərinə ötürüb.

Krasnoarmeysk yaxınlığında saxlanılan 1974-cü il və 1985-ci il təvəllüdlü iki şəxs isə “öz təşəbbüsləri ilə” Oçeretino və Tonenkoye şəhərləri yaxınlığında Ukrayna Silahlı Qüvvələri haqqında məlumatlar toplayıblar.

Dördüncü şəxs terror fəaliyyətində və Konstantinovkada dinc sakinlərə hücumlarda iştirak etməkdə şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR