Ukraynada yeni baş prokuror təyin olunub

Ukraynada yeni baş prokuror təyin olunub
# 10 fevral 2015 13:17 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radası Viktor Şokinin baş prokuror təyin olunması haqqında prezidentin təqdimatını dəstəkləyib. APA-nın “112.ua” saytına istinadən yaydığı xəbərə görə, təqdimatın lehinə 318 deputat səs verib. Bundan əvvəl isə Rada Vitali Yaremanın baş prokuror vəzifəsində istefasını qəbul edib.

62 yaşlı Viktor Şokin bundan əvvəl Baş Prokurorluğun Cinayət işlərinə nəzarət üzrə Baş İdarəsinin rəisi, baş prokurorun müavini vəzifəsini tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR