Ukraynalı jurnalist: “Ukrayna hərbi təyyarəsi Rusiya təyyarəsi tərəfindən vurulub”

Ukraynalı jurnalist: “Ukrayna hərbi təyyarəsi Rusiya təyyarəsi tərəfindən vurulub”
# 17 iyul 2014 12:12 (UTC +04:00)

Y. Butusov bildirib ki, Ukraynaya məxsus “Su-25” təyyarəsi Donetsk vilayətində terrorçuların artilleriya qurğularına zərbə endirmək istəyərkən Donetsk vilayətinin Snejnoye şəhəri yaxınlığında Rusiyaya məxsus “Su-27” təyyarəsi tərəfindən vurulub. Rusiya təyyarəsi qonşu Rostovda yerləşən aerodromdan havaya qalxıb və “hava-hava” tipli raketlə Ukrayna təyyarəsinə zərbə endirib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Luqansk vilayəti üzərində Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” nəqliyyat təyyarəsi 6500 metr yüksəklikdə vurulub. Ukrayna tərəfi təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR