Yaponiya Zorgenin nəşinin qaytarılması ilə bağlı Rusiyadan təklif almayıb

Rixard Zorge

© APA | Rixard Zorge

# 28 yanvar 2022 16:29 (UTC +04:00)

Yaponiya hökuməti kəşfiyyatçı Rixard Zorgenin nəşinin qaytarılması ilə bağlı Rusiyadan heç bir təklif almayıb.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı Səfirliyi açıqlama yayıb.

Səfirlik təklif olmadığı üçün kəşfiyyatçının nəşinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı şərh verə bilməyəcəklərini açıqlayıb.

Xatırladaq ki, əslən Bakıdan olan Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge 1933-cü ildən Sovet kəşfiyyatının agenti kimi Yaponiyada çalışıb və 1941-ci ildə ifşa olunaraq həbs edilib. O, 1944-cü ildə edam olunub və Tama qəbiristanlığında dəfn edilib.

Rusiya XİN başçısı Sergey Lavrov Zorgenin nəşinin qaytarılması üçün Yaponiyaya müraciət olunacağını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR