Yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib

Yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib
# 01 mart 2016 07:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda bu gündən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir.

APA-nın məlumatına görə, 2015-ci ilin dekabrın 29-da Milli Məclisdə qəbul olunmuş yeni məcəllə bu il fevralın 2-də Azərbaycan prezidenti tərəfindən martın 1-dən etibarən qüvvəyə minməsi şərti ilə təsdiqlənib. 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə bundan əvvəl qüvvədə olan məcəllə ilə müqayisədə 280-nə qədər dəyişikliyi özündə ehtiva edir. Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib.

Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Sənəddə jurnalist adından sui-istifadə edilməsi, imzatoplama və seçki kampaniyasının pozulması, yaşayış və ictimai yerlərdə səs-küy salınması və digər məsələlərlə bağlı cəzalar sərtləşdirilir, KİV-ə qeyri-qanuni sponsorluq, icazəsiz xarici ölkə bayraqlarından istifadə olunması, alıcıların aldadılması və s. məqamlarla əlaqədar yeni cəzalar tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR