Zaxarova: Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi oğurluqdur

Zaxarova: Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi oğurluqdur
# 13 fevral 2024 11:34 (UTC +04:00)

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi oğurluqdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Qərbin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini oğurluq və mənimsəmə adlandırıb.

"Bu, sizə aid olmayanı mənimsəməkdir. Onlar başa düşdülər ki, bütün əvvəlki yanaşmalar kimi buna cavabımız da son dərəcə sərt olacaq. Nəzərə alsaq ki, ölkəmiz bunu oğurluq kimi xarakterizə edib, buna münasibət oğrulara olan münasibət kimi olacaq", - deyə Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR