Zelenski Ukrayna-Rusiya müharibəsini arzulamır

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 16 dekabr 2021 15:27 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski böyük insan tələfatı olacağı üçün Rusiya ilə hərbi qarşıdurmanı istəmədiyini, məsələnin diplomatik formatda danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyib.

APA-nın xəbərinə görə, o, bu barədə bu gün NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə bildirib.

“Biz hər halda Rusiya ilə diplomatik formatda danışıqlara inanırıq. Əminik ki, müharibə olarsa, on minlərlə, yüz minlərlə və milyonlarla qurban olacaq, istənilən sivil insan kimi bunu arzulamırıq”, - Ukrayna dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR