"Turanbank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I rübündə ilin əvvəli ilə müqayisədə 2% artaraq 538,885 mln. manat təşkil edib.
"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, rüb ərzində bankın kredit portfeli 2,8% azalaraq 274,547 mln. manat olub.
Bankın depozit portfeli bu ilin aprelin 1-nə 480,365 mln. manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 2,4% çoxdur. Rüb ərzində bankın öhdəlikləri 8,4% artaraq 245,238 mln. manata çatıb.
Müqayisə olunan dövrdə bankın nizamnamə kapitalı dəyişməyərək 55,003 manat, məcmu kapitalı isə 1,2% azalaraq 58,52 mln. manat olub.
Bank I rübü 1 mln. 119 min manat zərərlə başa vurub.