Ağstafa sakini qonşusu tərəfindən bıçaqlanıb

Ağstafa sakini qonşusu tərəfindən bıçaqlanıb
# 01 sentyabr 2016 21:57 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qıraq Kəsəmən kənd sakini 1968-ci il təvəllüdlü Xəqani Məsimalıyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, X. Məsimalıyev mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR