Ötən gün İsveçin Yerfella şəhərində ən böyük şiə məscidi olan “İmam Əli” məscid yandırılıb. APA-nın məlumatına görə, bu barədə İsveçin SVT televiziyası məlumat yayıb. Stokholm polisinin nümayəndəsi Lars Bistremin dediyinə görə, yanının binanın çöl tərəfdən törədildiyi ehtimal edilir. Yanğınla bağlı məlumat yerli vaxtla təxminən gecə yarısı daxil olub. Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur.
Bildirilir ki, məscidin binasında içərisində 3 mindən çox kitab olan kitabxana yerləşir. Kitabların yanması barədə də hələlik məlumat yoxdur. İlkin proqnozlara əsasən binanın 30-50 faizi zərər görüb.