Bəşər Əsəd ABŞ-ı hökumət qüvvələrinə qəsdən zərbə endirməkdə ittiham edib

Bəşər Əsəd ABŞ-ı hökumət qüvvələrinə qəsdən zərbə endirməkdə ittiham edib
# 03 noyabr 2016 10:56 (UTC +04:00)

“ABŞ Deyr əz-Zor şəhərində Suriyanın hökumət qüvvələrinə qəsdən zərbə endirib”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Serbiya qəzetinə müsahibəsində deyib. O, Hələbdəki vəziyyətlə bağlı istənilən barışıq və siyasi təşəbbüsünü pozulmasına görə məsuliyyəti də rəsmi Vaşinqtonun üzərinə atıb: “ABŞ yalnız silahlılara lazım olan zaman atəşin dayandırılmasını tələb edir. Bu isə onlara yenidən təşkilatlanmaq və əlavə dəstək almaq imkanı verir”.

Bəşər Əsədin sözlərinə görə, Rusiya ə ABŞ hazırda Suriyada terrorçularla mübarizə məsələsində müttəfiq ola bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR