Manat avroya nisbətən 2% ucuzlaşıb

Manat avroya nisbətən 2% ucuzlaşıb
# 06 dekabr 2016 06:24 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 5-i ilə müqayisədə dəyişməyərək 1,7339 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,93% zəifləyərək 1,8651 manat olub.
 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0271 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 0,39% möhkəmlənərək 0,4923 manat təşkil edib.
 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2098 manatdır. Beləliklə, funt sterlinq 0,44%-lik artım nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi isə 0,71% ucuzlaşaraq 0,6760 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR