Zərdabda ər arvadı və baldızını bıçaqlayıb

Zərdabda ər arvadı və baldızını bıçaqlayıb
# 11 avqust 2016 19:05 (UTC +04:00)

Zərdab. Zahid Abışov-APA. Zərdabda ər arvadını və baldızını bıçaqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Bıçaqçı kəndində baş verib. Kənd sakini Təhməz Şamilov ailə münaqişəsi zəminində həyat yoldaşı 51 yaşlı Maya Allahverdi qızı Şamilovaya və onun bacısı 27 yaşlı Roza Allahverdi qızı Məmişovaya bıçaqla xəsarət yetirib. Hər iki yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən T. Şamilov könüllü olaraq Zərdab Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR