Azərbaycan, BƏƏ və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü işə başlayıb

Azərbaycan, BƏƏ və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü işə başlayıb
# 13 fevral 2024 13:29 (UTC +04:00)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü işə salıb.

APA xəbər verir ki, bu barədə COP 28 “X” hesabında məlumat verib.

Məlumata əsasən, “Missiya 1.5” kampaniyasını dəstəkləmək üçün iqlimlə bağlı fəaliyyətin gücləndirilməsinə təkan verən cari və gələcək COP sessiyalarına sədr ölkələr arasında əməkdaşlığı, eləcə də davamlılığı daha da yüksəltmək üçün COP 28 tərəfindən Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrlikləri üçlüyü işə salınıb.

Həmçinin əlavə olunub ki, haqqında sözügedən COP sədrlikləri üçlüyü Dubayda razılaşdırılmış BƏƏ Konsensusuna uyğun olaraq Paris Sazişinin bütün sütunları üzrə ambisiyaları yüksəltmək üçün üç sədr ölkənin (red. – BƏƏ, Azərbaycan, Braziliya) hazırkı sessiya və COP30 arasında əməkdaşlıq etməsi üçün bir platforma təmin edəcək.


Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2020-ci ilin 14 fevralında “Missiya 1.5” kampaniyasına start verib. “Missiya 1.5” kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün hansı tədbirlərin görülməsi barədə öz mövqelərini hökumət rəhbərlərinə bildirməsi üçün imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR