Bakıda COP29-la bağlı toplantı çərçivəsində iqlim dəyişikliyi barədə panel müzakirəsi keçirilib

Bakıda COP29-la bağlı toplantı çərçivəsində iqlim dəyişikliyi barədə panel müzakirəsi keçirilib
# 19 iyun 2024 17:23 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan "COP29- aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı çərçivəsində "İqlim dəyişikliyinin su, biomüxtəliflik və ərzaq təhlükısizliyi ilə əlaqəsi" adlı panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, panel müzakirəsində iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə, su resurslarına və biomüxtəlifliyə təsiri müzakirə olunub.
Moldovanın keçmiş Baş naziri (2015) Çiril Qaburiçi panel çıxışında bildirib ki, bu gün dünyada 52 münaqişə var: "Onların bəziləri çox ciddi silahlı münaqişələrdir. Biz burada, öz ölkələrimizdə oturub, bu münaqişələrə yerli bir şey kimi baxırıq. Amma hamımız bilirik ki, bu yerli deyil və ya əksər yerli münaqişələr arxasında böyük güclər olan müharibələrdir. Və bu, məni siyasi reallıqların lazımi dəyərə və ya konstruktiv dəyərə malik olmadığını düşünməyə vadar edir. İnanın ki, Çindən olan bir alim heç bir problem olmadan ABŞ-dan olan alim, mühəndis, həkim və ya müəllimlə düzgün müzakirə aparacaq, onun üçün fərqi yoxdur, onlar ünsiyyət qura biləcəklər. Bunun səbəbi isə onların heç bir gizli gündəmlərinin olmamasıdır. Sevdikləri şeylərdən, maraqlarına uyğun ümumi məsələlərdən danışırlar. Bu isə bir daha onu gətirir ki, biz qərarların qəbulunda insani yanaşmanı, empatik toxunuşu təmin etməliyik. Maliyyə yanaşmasından çıxaraq daha çox insanlıqdan istifadə etməliyik. Məncə, edə də bilərik, insanlıq, mənim fikrimcə, problemdən fürsətə keçmək üçün əsas ola bilər. Əgər qərar vermə prosesimizə daha çox insanlıq gətirə, yolumuzu dəyişdirə, xarici hədəf və prioritetləri təyin edə bilsək, o zaman əməkdaşlığı təmin edə, ortaq məqsədləri müəyyən edə bilərik".

BMT Baş Assambleyasının 77-ci Sessiyasının prezidenti Csaba Korosi deyib ki, BMT çərçivəsində kompleks məsələləri müzakirə etmək daha da çətinləşib:
"Biz yeni reallıqlarla üzləşirik və bu reallıqlar 10 il əvvəlki reallıqlardan tamamilə fərqlidir. Çoxtərəfli təşkilatlar getdikcə daha çox ölkələrin bir-biri ilə deyil, bir-birinə qarşı danışdıqları platformalara çevrilib. Və buna görə də BMT kontekstində çox mürəkkəb məsələlərin və sistem dəyişikliklərinin olması getdikcə daha çətindir".
O qeyd edib ki, iqlim, zorakılıq, ərzaq təhlükəsizliyi və enerji ayrılmaz şəkildə bir-biri ilə bağlıdır.
Csaba Korosi çıxışında su resusrlarının, biomüxtəlifliyin qorunmasının vacibliyini vurğulayıb.

CGIAR-ın icraçı direktoru, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının keçmiş baş elmi işçisi İsmahane Elouafi panel çıxışında kənd təssərüfatı və ərzaq təhlükəsizliyi barədə danışıb.
İsmahane Elouafi bəşəriyyətin su dövranının pozulmasının şahidi olduğunu deyib: “Hazırda buxarlanmanın çox hissəsinin qurudan gəldiyini göstərən məlumatlar var. Beləliklə, biz quruda su dövranını pozuruq. Lakin çöküntülərin çoxu okeanlara axır. Beləliklə, onların quruya düşməsi əvəzinə, planetin səthinin çox hissəsini okeanlar əhatə etdiyinə görə, biz konservasiya səylərini azaltmalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR