Bərpaolunan Enerji üzrə Beynəlxalq Agentliyin Baş direktoru COP29-dan gözləntisini açıqlayıb

Bərpaolunan Enerji üzrə Beynəlxalq Agentliyin Baş direktoru COP29-dan gözləntisini açıqlayıb
# 15 mart 2024 10:45 (UTC +04:00)

"Bərpaolunan enerji üçün infrastrukturun yaradılması vacibdir".

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində "Xoş sözlərdən yaxşı əməllərə" adlı panel müzakirəsində çıxış edən Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin baş direktoru Fransesko La Kamera deyib.

O bildirib ki, COP29-un qarşısında duran vəzifə reallıqla uzlaşmanı təmin etməkdir: "Yəni ölkələrin öhdəliklərinin reallıqla uzlaşdırılması. COP29-un enerji keçidi ilə bağlı prosesə töhfələrini səbirsizliklə gözləyirəm".

Fransesko La Kamera bərpaolunan enerji üçün əsas tələblərə toxunub. O deyib ki, ilk məsələ bunun üçün infrastruktura sahib olmaqdır.

"Hətta qeyd edim ki, bəzən bu infrastrukturu tikmək digər ənənəvi enerji infrastrukturunu saxlamaq xərclərindən daha ucuzdur. İnfrastruktur əsas vəzifədir, ilk prioritetidir və bu olmadıqca siz bərpaolunan enerji potensialından istifadə edə bilməyəcəksiniz. Digər məsələ bazarın tapılmasıdır. Eyni zamanda, institusional kapasitənin qurulması vacibdir. Məsələn, əksər ölkələrin enerji qaz nazirlikləri var amma bərpaolunan enerji ilə bağlı qurumları yoxdur.

Yaşıl enerjiyə keçid prosesində bacarıqların vacibliyi, o cümlədən bacarıqlı işçi qüvvəsinə ehtiyac xüsusi vurğulanmalıdır. Universitetlərin kurrikulumlarında dəyişikliklər olmalıdır, bu sahədə işçilər yetişdirilməlidir", - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR