BMT nümayəndəsi: COP29-a ev sahibliyində Azərbaycana dəstək verməyə hazırıq

BMT nümayəndəsi: COP29-a ev sahibliyində Azərbaycana dəstək verməyə hazırıq
# 17 may 2024 10:28 (UTC +04:00)

Azərbaycan neft və qaz ehtiyatı baxımından zəngin ölkədir. Bu mənada, yaşıl enerjiyə keçid həm Azərbaycan üçün, həm də digər ölkələr üçün vaxtında icra edilməlidir.

APA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfransda BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo çıxışı zamanı deyib.

Onun sözlərinə görə, günəş və külək enerjisi məsələsində də Azərbaycanın imkanları var: “İqlim dəyişikliyi sərhəd tanımır. Buna qarşı mübarizə yalnız beynəlxalq mübarizədən keçir. Azərbaycan məhz bu mübarizələrdən birinə - COP29-a ev sahibliyini üzərinə götürüb. Bu, böyük bir məsuliyyətdir. Biz bu mübarizədə bütün mümkün dəstəyi verməyə hazır və qadirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR