Bu il Azərbaycanda neft hasilatı 0,8% azalacaq.
“APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində öz əksini tapıb.
Sənəddə 2016-cı ildə ölkədə 41 mln. 306,4 min ton neft istehsalı ediləcəyi proqnozlaşdırılıb.
2017-ci ildə ölkədə “qara qızıl” hasilatının 39 mln. 796,9 min ton təşkil edəcəyi gözlənilir ki, bu da builki proqnozdan 3,65% azdır.
Sənəddə qeyd olunub ki, 2018-ci ildə 38 mln. 769,4 min ton, 2019-cu ildə 39 mln. 914,2 min ton, 2020-ci ildə isə 39 mln. 107,6 min ton neft istehsal olunacaq.