Elmar Məmmədyarov ATƏT ölkələri xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək

Elmar Məmmədyarov ATƏT ölkələri xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək
# 31 avqust 2016 07:53 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşünə qatılacaq.

E. Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR