Britaniya səfiri: COP29-un Azərbaycanda keçirilməsi üzrə razılaşma regionda sülh üçün güclü siqnal oldu

Britaniya səfiri: COP29-un Azərbaycanda keçirilməsi üzrə razılaşma regionda sülh üçün güclü siqnal oldu
# 12 iyun 2024 19:40 (UTC +04:00)

“Ümid edirəm ki, COP29-dan əvvəl Azərbaycan və Ermənistan davamlı sülh sazişinə nail olmaq üçün əlindən gələni edəcək”.

APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

“5 aydan sonra bütün dünyanın gözü Azərbaycanda olacaq, Azərbaycan BMT İqlim Konfransına ev sahibliyi edəcək.

6 ay əvvəl COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması regionda sülh və sabitlik üçün güclü siqnal oldu.

Ümid edirəm ki, Azərbaycan və Ermənistan davamlı sülh sazişinə nail olmaq üçün əlindən gələni edəcək”, - britaniyalı diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR