Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizəyə maliyyənin ayrılmasını mümkün qədər tez həll etməyə çağırıb

Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizəyə maliyyənin ayrılmasını mümkün qədər tez həll etməyə çağırıb
# 11 oktyabr 2024 12:14 (UTC +04:00)

"Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının COP29 Prezidentliyinin əsas məqsədi bu tədbir çərçivəsində dayanıqlı və etibarlı maliyyə mexanizmlərinin formalaşdırılması üçün iştirakçı tərəflərə müvafiq şəraitin yaradılmasıdır".

APA xəbər verir ki, bu fikirləri Dünya Bankının İqlim Dəyişikliyi Qrupunun qlobal direktoru Cennifer Sara "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Bakıda təşkil olunan Nazirlər Konfransı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyi kimi qlobal problemin aradan qaldırılmasının effektivliyini və nəticəliyini təmin etmək üçün COP29-un işində iştirak edən ölkələr arasında maliyyələşmə məsələsində razılıq əldə olunmalıdır.

"İqlim maliyyəsi məsələsində vacib olan əsas element bilavasitə hökumətlər arasında razılaşmanın əldə edilməsidir. Bu məsələ həm hökumət və qeyri-hökumət təşkilatları, həm də maliyyə institutlarının birgə fəaliyyəti və onlar arasında konsensusun mövcudluğu nəticəsində mümkün ola bilər. COP29-un Sədrliyinin əsas məqsədi bu tədbir çərçivəsində dayanıqlı və etibarlı maliyyə mexanizmlərinin formalaşdırılması üçün iştirakçı tərəflərə müvafiq şəraitin yaradılmasıdır. Biz iqlim dəyişikliyi ilə mübarizə məqsədilə maliyyənin ayrılması məsələsini mümkün qədər tez həll etməliyik. COP29-da qəbul ediləcək qərarlar həm iştirakçı tərəflərin, həm də bütövlükdə planetimizin maraqlarına uyğun olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR