“COP28-də Dubayda mən xahiş etmişdim ki, fərqlilikləri aradan qaldırıb konsensus əldə edək və bu planlar ətrafında fikirləşək. COP29-da gəlin bunu bir daha edək”.
APA xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) COP28-in Prezidenti Sultan Əl Cabir deyib.
O, Birləşmiş Ərəb Əmirlikləri adından COP29-a gedən yolda uğurlar arzulayıb.
Sultan Əl Cabir qeyd edib ki, 1 il öncə ölkəsinin üzərinə böyük bir məsuliyyət qoyulmuşdu: “Siz bizə icazə verdiniz ki, hamımız bir vizyona və fərqliliyə doğru gedək. BƏƏ konsesu realdır və bu sizin gərgin əməyiniz nəticəsində yaranıb, artıq biz kollektiv olaraq öhdəlik götürmüşük. Dubayda əldə edilmiş BƏƏ konsensusu bizə yol xəritəsi verib. Dubayda götürdüyümüz öhdəlikləri burda da reallaşdıracağıq. Hamınızı birlik olmağa çağırıram”.
COP28-in prezidenti hazırda bəzi məsələlərin həll olunmamış qaldığını deyib: “Maliyyə məsələsi ən vacib məsələdir. Əvvəlki verdiyimiz sözlərin hamısı icra olunmalıdır. Biz reallığı qəbul etməli və əvvəlki vədlərimizi yerinə yetirməliyik. Biz çalışmalıyıq ki, hərtərəfli karbon bazarları ilə bağlı araşdırmalarımız olsun.
Mən COP28 zamanı xahiş etmişdim ki, fərqlilikləri aradan qaldırıb konsensus əldə edək. Gəlin bunu COP29-da bir daha edək. Biz bəşəriyyət və dayanıqlı gələcək naminə birləşməliyik”.