COP29 çərçivəsində Toqo və Keniyada seminarlar keçirilib

COP29 çərçivəsində Toqo və Keniyada seminarlar keçirilib
# 11 sentyabr 2024 12:24 (UTC +04:00)

COP29-un sədrliyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfdaşlarla birlikdə İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması çərçivəsində Toqo və Keniyada seminarlar təşkil edib.

APA-nın xəbərinə görə, bu barədə “COP29 Azerbaijan”ın “X” platformasında paylaşım edilib.

Bildirilib ki, tədbirlərin məqsədi Afrika ölkələrinə bu sahədə şəffaflığa dair iki illik hesabatların daha sürətli hazırlanmasına dəstək olmaqdan ibarətdir.

Seminarlarda bu istiqamətdəki səylərin inkişaf etməkdə olan ölkələrdə iqlim şəffaflığının artırılmasına və həmin dövlətlərin bu sahədə malik olduğu potensialın yüksəldilməsinə xidmət etdiyi açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR