Nazir: "Avropa İttifaqının Türkiyədəki çevriliş cəhdinə verdiyi reaksiya bizi məyus edir"

Nazir: "Avropa İttifaqının Türkiyədəki çevriliş cəhdinə verdiyi reaksiya bizi məyus edir"
# 03 sentyabr 2016 14:35 (UTC +04:00)

Bakı - APA. "Avropa İttifaqının Türkiyədəki çevriliş cəhdinə verdiyi reaksiya bizi məyus edir". APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri Ömər Çelik Slovakiyada Aİ-yə üzv olan 28 ölkənin xarici işlər nazirləri ilə görüşündən sonra deyib.

"Biz çevrilişə cəhddən sonra Avropa İttifaqından gözlədiyimiz həmrəyliyi görmədik. Xarici işlər nazirləri ilə görüşdə də bildirdim ki, bizim hökumətimiz bundan məyusdur", - deyə nazir qeyd edib.

Ö. Çelik əlavə edib ki, Aİ Türkiyədən antiterror qanunvericiliyinə dəyişikliklərin olunacağını gözləməməlidir.

"Viza rejimi ləğv olunmayınca, Türkiyə miqrasiya krizisi ilə mübarizədə istənilən mexanizmdən imtina edəcək", - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR