Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər

Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
# 03 noyabr 2016 08:11 (UTC +04:00)

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Abu-Dabidə keçirilən Qran-pri turnirinin yekununa əsasən tərtib edilən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yarışda çempion adını qazanan Elxan Məmmədov yenidən “on”luğa qayıdıb. 100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 11 pillə irəliləməklə, 8-ci yerə yüksəlib. Rio-2016-da olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərində də gümüş medal qazanan Rüstəm Orucov (73 kq) da xal ehtiyatını artıraraq, birinci yerdəki mövqeyini möhkəmlədib. Reytinq xalını 3020-yə çatdıran cüdoçumuz ən yaxın izləyicisi Çanqrim Anla xal fərqini 440-a çatdırıb. Qran-pridən vətənə bürünc medalla qayıdan Tural Səfquliyev (90 kq) isə nə az, nə çox – 29 rəqibini qabaqlayıb. O, 50-ci yerə qalxıb.

Millimizin digər aparıcı cüdoçularına gəlincə, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımova (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 2-ci, 14-cü, 7-ci, 1-ci, 20-ci və 40-cıdı.

Həmyerlilərimizdən Tərlan Kərimovla (66 kq) Məmmədəli Mehdiyev (90 kq) isə geriləyib. Hərəyə 1 rəqibini özündən irəli buraxan təmsilçilərimiz müvafiq olaraq, 38-ci və 20-ci yerə eniblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR