Elnur Soltanov: COP29 dünyada ən böyük debat məkanıdır

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov

© APA | Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov

# 17 may 2024 12:13 (UTC +04:00)

COP29 nəticələrinə görə, təsir dairəsinə görə, bəlkə də, dünyada ən böyük debat məkanıdır.

APA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfrans çərçivəsində baş tutan “İqlim dəyişikliyinin təsir və riskləri ilə mübarizə: COP29 üzrə perspektiv baxışımız” adlı panel sessiya zamanı energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

“Region olaraq, bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur zonası xalis sıfır hədəfləyir”, - o əlavə edib.

Nazir müavini iqlim həllinin inkişaf modelinə çevrilməli olduğunu bildirib:

“Artıq Azərbaycanda aktiv istehlakçı olmaq üçün hüquqi baza var. Məsələn, şirkət sahibi 100 kilovat həcmində günəş panelini öz ərazisində yerləşdirə bilər. Bu, tamamilə, qanunidir. Yaxud enerji səmərəliliyi məsələsinə toxunaq. Səmərəlilik onlarla əlavə stansiya tikintisinə bərabər bir prosesdir. Bu istiqamətdə, Energitika Nazirliyində enerji səmərələliyi şöbəsi yaradılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR