Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7039 məzənnəsi ilə başlayıb və 1,7089 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7039 manatdır.